"Araz-Naxçıvan" və "Şamaxı"nın sabiq müdafiəçisi 1-ci liqada
Azərbaycan 1-ci liqasında çıxış edən "Mingəçevir" daha bir transfer edib.
"Mediasport" xəbər verir ki, Ramiz Məmmədovun baş məşqçisi olduğu komanda Elçin Mustafayevlə güclənib.
"İşıqçılar" 25 yaşlı müdafiəçi ilə mövsümün sonuna qədər müqavilə bağlayıblar.
Mustafayev daha əvvəl "Araz-Naxçıvan" və "Şamaxı"da forma geyinib.
