“Qəbələ”nin Premyer Liqada 4-cü debütantı Ziya Şəkərxanov oldu
Azərbaycan Premyer Liqasının 2025/26-cı illər mövsümünün 5-ci turu çərçivəsində keçirilmiş “Qəbələ” - “Kəpəz” oyunu “qırmızı-qaralar”ın futbolçusu Ziya Şəkərxanov üçün əlamətdar olub.
"Mediasport" xəbər verir ki, akademiyanın 18 yaşlı yetirməsi Premyer Liqada debüt oyununa çıxıb.
Beləliklə, bu mövsüm “Qəbələ”nin heyətində Premyer Liqada debüt edən futbolçuların sayı 4-ə çatıb.
Buna qədər Fərid İsgəndərov, Nuğay Rəşidov və Süleyman Damadayev də elitada ilk oyunlarını keçiriblər.
