Milli komandamızın baş məşqçisi Yunanıstanda xüsusi mükafat aldı

Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuş Yunanıstanda xüsusi mükafata layiq görülüb.
"Mediasport" xəbər verir ki, 71 yaşlı mütəxəssis ölkənin "Əfsanə" mükafatını alıb.
Portuqaliyalıya mükafatı Yunanıstan yığmasının sabiq futbolçusu Demis Nikolaidis təqdim edib.
Qeyd edək ki, Santuş Yunanıstanın AEK, "Panatinaikos" və PAOK klublarının, 2010-2014-cü illərdə isə ölkənin əsas millisinin baş məşqçisi olub.