"Neftçi" Venesuela millisinin üzvü üçün nə qədər məbləğ ödəyib?

"Neftçi" Venesuela millisinin üzvü üçün nə qədər məbləğ ödəyib?

“Neftçi”nin yeni transfer Freddi Varqasın icaərsi üçün İsrailin “Makkabi” (Netanya) klubuna ödədiyi məbləğ müəyyənləşib.

"Mediasport" xəbər verir ki, bu barədə nüfuzlu "Transfermarkt" portalı məlumat paylaşıb.

Qeyd edilib ki, Bakı klubu Venesuela milli komandasının üzvü üçün 175 min avrosundan (339 min manat) keçib.

Xatırladaq ki, "ağ-qaralar" 2021-ci ildən dəvət aldığı yığmada 3 oyun keçirmiş yarımmüdafiəçi ilə 1 illik icarə müqaviləsi bağlayıblar.

Tərəflər arasında anlaşmada satınalma bəndi də yer alıb.