"Qarabağ" rəqiblərini qabaqladı

"Qarabağ" rəqiblərini qabaqladı

"Qarabağ" 2024/2025 mövsümündə Azərbaycan Premyer Liqasında ən çox penalti vuran komanda olub.

"Mediasport" xəbər verir ki, "köhlən atlar" 7 dəfə 11 metrlik cərimə zərbəsi vurublar.

Ağdam təmsilçisindən sonra növbəti sıralarda "Zirə" və "Turan Tovuz" (hər ikisi 6) qərarlaşıb.

"Sabah" və "Kəpəz" 5, "Araz-Naxçıvan" ilə "Neftçi" 4 dəfə belə bir imkan əldə ediblər.

"Sumqayıt" 3, "Səbail" 2, "Şamaxı" isə 1 dəfə penalti yerinə yetirmək fürsəti qazanıb.

Xatırladaq ki, Azərbaycan Premyer Liqasında 2025/2026 mövsümünə avqustun 15-də start veriləcək.