"Qarabağ" Çempionlar Liqasında çıxış etmiş güclü rəqibdir"
"Qarabağ" ötən mövsüm Çempionlar Liqasında çıxış etmiş güclü rəqibdir. Bununla yanaşı, biz də öz gücümüzə inanırıq, rəqibi təhlil etmişik və növbəti mərhələyə yüksəlmək üçün əlimizdən gələni edəcəyik".
"Mediasport" xəbər verir ki, bu sözləri "Qarabağ"ın UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsində rəqibi "Dinamo"nun baş məşqçisi İqor Kostyuk deyib.
Ukrayna klubunun çalışdırıcı ağdamlılarla Polşada baş tutacaq ilk matç haqda düşüncələrini bölüşüb:
"PAOK-la oyundan nəticə çıxarmalıyıq. Futbolda səhvlər qaçılmazdır. Əsas məsələ futbolçuların həmin səhvlərə necə reaksiya verməsi və onları aradan qaldırmasıdır.
Komandamızın oyundan-oyuna inkişaf edəcəyinə inanıram. Mərhələni keçmək üçün bacardığımızı edəcəyik".
Xatırladaq ki, komandalar arasında ilk duel bu axşam Bakı vaxtı ilə saat 21:00-da Polşadakı "Lublin Arena"da keçiriləcək.


