"Qarabağ" "Ferensvaroş"a uduzdu
"Qarabağ" Avstriyadakı toplanış çərçivəsində növbəti oyununu keçirib.
"Mediasport" xəbər verir ki, Qurban Qurbanovun komandası "Ferensvaroş"la (Macarıstan) qarşılaşıb.
Matç rəqibin qələbəsi ilə yekunlaşıb - 1:0.
Xatırladaq ki, "atlılar" Avstriyada ilk yoxlama matçında yerli "Tirol"a qalib gəliblər (4:0), "Xarkov"a (Ukrayna) uduzublar (2:6).


