Yeni transferi Çempionlar Liqası üçün sifariş etmədilər - SİYAHI
Azərbaycanı yeni mövsümdə UEFA Çempionlar Liqasının əsas mərhələsində təmsil edəcək "Sabah"ın iştirak ərizəsi açıqlanıb.
"Mediasport" xəbər verir ki, "bayquşlar" ali futbol qurumuna 26 oyunçunun adını daxil ediblər.
Heyətə salınanlardan 23-ü əsas, 3-ü B siyahısında yer alıb.
Maraqlıdır ki, "Zenit"dən icarəyə götürülən Du Keyrosun adı sifariş ərziəsinə salınmayıb.
Qapıçılar: Amin Ramazanov, Rauf Əyyubov (B), Stas Pokatilov, Rəvan Mirzəmmədov (B);
Müdafiəçilər: Stiv Solve, Eyden Makkarti, Rəhman Daşdəmirov, Tellur Mütəllimov, Timoteuş Puxaç, Erivaldo Almeyda, Akim Zedadka;
Yarımmüdafiəçilər: Velko Simiç, Yunes Laçşaab, Abdulla Xaybulayev, Umarali Rahmonaliyev, Aleksey İsayev, Kahim Parris, İvan Lepinitsa, Rauf Rüstəmli, Rodriqo Fernandeş, Cəfər Muxtarov, Şahin İbrahimov (B);
Hücumçular: Kristian Nvaçukvu, Coy-Lens Mikels, Ksander Severina, Orfe Mbina.
Xatırladaq ki, tarixində ilk dəfə Liqa mərhələsinə yüksələn Masazır klubunun rəqibləri Bakıda “Barselona”, “Borussiya” Dortmund, “Napoli”, “Slaviya” Praqa, səfərdə “Arsenal”, “Mançester Yunayted”, “Vilyarreal”, “Vikinq” olacaq.
Təmsilçimiz ilk görüşünü sentyabrın 10-da "Old Trafford"da “Mançester Yunayted”ə qarşı keçirəcək.


