"Məsuliyyətimizi anlayırıq" – Cavid Hüseynov təyinatını dəyərləndirdi
"Hər çağırış mənim kimi gənc baş məşqçi üçün yeni bir imkandır. "Araz-Naxçıvan" futbol komandası hər mövsüm iddiası ilə seçilir. Məsuliyyətimizi anlayırıq".
"Mediasport" xəbər verir ki, bu sözləri "Araz-Naxçıvan"a baş məşqçi təyin olunan Cavid Hüseynov deyib.
38 yaşlı mütəxəssis təyinatı ilə bağlı fikirlərini bölüşüb:
"Belə bir məsuliyyətli işi mənə həvalə etdiyinə görə klub rəhbərliyinə təşəkkür edirəm. "Araz-Naxçıvan" Premyer Liqaya rəng qatan komandalardandır. Hər mövsüm iddiası ilə seçilir".
Təbii ki, asan olmayacaq. Heyətin formalaşdırılması üçün transfer çalışmalarını davam etdiririk.
Bəyəndiyimiz futbolçuların keçidi üçün danışıqlar aparılır. Rəsmi razılaşma olduqca klub tərəfindən açıqlama veriləcək".
Xatırladaq ki, "Araz-Naxçıvan" Cavid Hüseynovla 1 mövsümlük müqavilə imzalayıb.


