"Qarabağ"ın UEFA Avropa Liqası matçı çexiyalı hakimlərə tapşırıldı
İyulun 16-da UEFA Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək "Vestri" - "Qarabağ" matçının hakim təyinatları açıqlanıb.
"Mediasport" xəbər verir ki, İslandiyada baş tutacaq qarşılaşmanı Çexiyadan olan ədalət təmsilçiləri idarə edəcəklər.
UEFA Avropa Liqası. 1-ci təsnifat mərhələsi. Cavab oyunu
16 iyul
00:00 "Vestri" (İslandiya) - "Qarabağ" (Azərbaycan)
Baş hakim: Marek Radina
Yan xətt hakimləri: Kamil Hayek, Petr Kotalik
Dördüncü hakim: Daniel Vokoun
VAR hakimi: Tomas Koçurek
AVAR hakimi: Ondrey Berka


