Qurban Qurbanov Barselonada Flik və Deku ilə görüşdü - FOTO

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov İspaniyaya işgüzar səfər edib.
"Mediasport" xəbər verir ki, mütəxəssis baş məşqçisi dünya nəhəngi “Barselona” klubunun düşərgəsində olub.
O, üçgünlük səfər çərçivəsində La Liqa təmsilçisinin əsas, B və aşağı yaş komandalarının (U-19, U-15, U-10) məşqlərini izləyib.
Qurbanov “Barselona”nın almaniyalı baş məşqçisi Hans-Diter Flik, UEFA Gənclər Liqasının qalibi olan U-19-un çalışdırıcısı Yuliano Belletti, klubun idman direktoru Deku ilə fikir mübadiləsi aparıb.
Flik Ağdam klubunun baş məşqçisinə növbəti çempionatın gedişində yenidən “Barselona”nın düşərgəsinə gəlməyi tövsiyə edib.
Qurban Qurbanov yenidən İspaniya klubunun bazasına dəvət olunub. Mütəxəssisin növbəti mövsümdə “Barselona”nın düşərgəsinə daha uzunmüddətli səfəri planlaşdırılır.