"Neftçi" azarkeşləri üçün yeni bir fürsət: MÖVSÜMLÜK KAMPANİYA

Yeni mövsümə hazırlığı davam etdirən "Neftçi" azarkeşlərini sevindirəcək qərar verib.
"Mediasport" xəbər verir ki, paytaxt təmsilçisi fanatların mövsümlük bilet kampaniyasından yararlana biləcəyini açıqlayıb.
Belə ki, azarkeşlər yeni mövsümdə "Palms Sports Arena"da yerlərini indidən təmin edə, "Neftçi Official Store"un təqdim etdiyi aşağıdakı endirimlərdən yararlana bilərlər:
- Sektoruna görə 10%, 15% və 20%-dək endirim (Qərb 1 - 30 AZN, Cənub üst - 40 AZN, Cənub alt - 50 AZN);
- VİP üstünlüklərinə xüsusi parkinq, rahat oturacaqlar və seçilmiş paketlərdə premium keyterinq xidməti daxildir (VIP Silver - 200 AZN, VIP Gold - 300 AZN);
- Oyunları "skayboks"dan izləyənlər premium keyterinq, xüsusi parkinq və möhtəşəm stadion mənzərəsinə sahib olacaqlar (17-ci və 18-ci skaybokslar - 1000 AZN).
Azarkeşlər Sistem üzərindən əldə edəcəkləri QR kod ilə ev oyunlarına giriş edə biləcəklər.
Eyni zamanda, "fiziki kart əldə etmək istəyirəm" seçimi ilə oyun günü stadionda yerləşən "Ticket Office"dən kartlarını da təhvil ala bilərlər.