"Qarabağ" yeni transferi ilə müqavilənin detallarını açıqladı

"Qarabağ" yeni transferi ilə müqavilənin detallarını açıqladı

"Qarabağ" heyətini yeni futbolçu ilə gücləndirib. 

"Mediasport" xəbər verir ki, Ağdam təmsilçisi Dani Boltla anlaşıb.

25 yaşlı braziliyalı sağ cinah müdafiəçisi ilə 3+1 illik müqavilə imzalanıb. O, “Qarabağ”da 18 nömrəli forma ilə çıxış edəcək.

Qeyd edək ki, Dani Bolt Portuqaliyanın 2-ci liqa klubu "Torreense"dən transfer olunub.

O, başa çatan mövsümdə komandasının heyətində 36 oyuna çıxaraq 2 qol vurub və 3 qolun ötürməsini edib.

2024-2025-ci illərdə formasını geyindiyi bu klubadək Braziliyada çıxış edən Bolt yetirməsi olduğu “Fluminense”, həmçinin “Atletiko Paranaense”, “Vitoriya” və “Yuventud”un şərəfini qoruyub.