"Qarabağ" "Zirə" ilə qarşılaşır

"Qarabağ" "Zirə" ilə qarşılaşır

Yeni mövsümün hazırlıqlarını davam etdirən "Qarabağ" bu gün ilk yoxlama matçını keçirəcək.

"Mediasport" xəbər verir ki, Ağdam təmsilçisi "Zirə" ilə üz-üzə gələcək.

Suraxanıdakı "Azərsun Arena"da təşkil olunacaq görüş saat 18:00-da start götürəcək.

Qeyd edək ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv ölkəmizi UEFA Çempionlar Liqası, Rəşad Sadıqovlu "qartallar" isə Avropa Konfrans Liqasında təmsil edəcəklər.