"Qarabağ"dan "Zirə"yə 4 qol
Yeni mövsümə hazırlaşan "Qarabağ" "Zirə" ilə yoxlama görüşü keçirib.
"Mediasport" xəbər verir ki, qarşılaşma "Azersun Arena"nın məşq meydançasında oynanılıb.
30 dəqiqəlik 4 hissəli matç ağdamlıların qələbəsi ilə yekunlaşıb.
Ağdam klubunun hazırlığının ikinci mərhələsi Avstriyada baş tutacaq.
Yoxlama oyunu
20 iyun
"Qarabağ" - "Zirə" 4:3
"Azərsun Arena"



