"Qarabağ"dan "Zirə"yə 4 cavabsız qol

"Qarabağ"dan "Zirə"yə 4 cavabsız qol

Yeni mövsümün hazırlıqlarını davam etdirən "Qarabağ" ilk yoxlama matçını keçirib.

"Mediasport" xəbər verir ki, Ağdam təmsilçisi "Zirə" ilə üz-üzə gəlib.

Suraxanıdakı "Azərsun Arena"da təşkil olunan görüş "köhlən atlar"ın qələbəsi ilə yekunlaşıb - 4:0.

Qeyd edək ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv ölkəmizi UEFA Çempionlar Liqası, Rəşad Sadıqovlu "qartallar" isə Avropa Konfrans Liqasında təmsil edəcəklər.