"Neftçi"yə Çempionlar Liqasında uğurlar və qələbələr arzulayırıq!"
AFFA-nın prezidenti Rövşən Nəcəf "Neftçi"nin qadınlardan ibarət futbol komandasını Yüksək Liqada çempion olması münasibətilə təbrik edib.
"Mediasport" xəbər verir ki, federasiya rəsmisi bu barədə rəsmi sosial şəbəkə hesabında paylaşım edib:
"Neftçi"nin qadınlardan ibarət komandası futbol üzrə Yüksək Liqada ardıcıl üçüncü dəfə ölkə çempionu olub.
Sona 2 tur qalmış "Sumqayıt" üzərində 6:0 hesablı qələbə qazanaraq çempionluğu rəsmiləşdirən "ağ-qaralar" növbəti dəfə qadınlar arasında UEFA Çempionlar Liqasında iştirak hüququ əldə ediblər.
Komandanın bütün kollektivini, məşqçilər heyətini və futbolçuları ürəkdən təbrik edir, UEFA Çempionlar Liqasında uğurlar və yeni qələbələr arzulayırıq!"
Xatırladaq ki, "Neftçi" ardıcıl üçüncü dəfə Azərbaycan çempionu adını qazanıb.
