Azərbaycan yığması Millətlər Liqası üçün Litva səfərinə yola düşdü
Futbol üzrə Azərbaycan milli komandası UEFA Millətlər Liqasının qrup mərhələsinin ilk turu çərçivəsində Litva səfərinə yollanıb.
"Mediasport"un səfərə ezam olunmuş əməkdaşı xəbər verir ki, yığma üzvləri Heydər Əliyev Beynəlxalq Hava Limanından görüşün baş tutacağı Kaunas şəhərinə çarter reysi ilə gedib.
Sentyabrın 27-də Darius və Girenas stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.
Qeyd edək ki, media nümayəndələrinin Litvaya səfəri AFFA-nın təşkilatçılığı və “Misli”nin dəstəyi ilə təşkil edilib.





