"Şamaxı" heyətini isveçrəli hücumçu ilə gücləndirdi

 "Şamaxı" heyətini isveçrəli hücumçu ilə gücləndirdi

“Şamaxı” yeni mövsüm heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.

"Mediasport" xəbər verir ki, şirvanlılar isveçrəli Kərim Rossini heyətinə qatıblar.

31 yaşlı hücumçu ilə birillik müqavilə imzalanıb.

Xatırladaq ki, Rossi son olaraq İsveçrənin “Şaffhauzen” klubunda çıxış edib.