"Qəbələ"nin futbolçusu dünya çempionatına məğlub başladı

Çilidə futbol üzrə U-20 dünya çempionatı start götürüb.
"Mediasport" xəbər verir ki, “Qəbələ”nin futbolçusu Salihu Nasirunun şərəfini qoruduğu Nigeriya millisi ilk görüşdə Norveçə 0:1 hesabı ilə məğlub olub.
Start heyətində oyuna başlayan Nasiru 78-ci dəqiqədə əvəzlənib.
Nigeriya yığması növbəti görüşünü oktyabrın 3-də Səudiyyə Ərəbistanı komandasına qarşı keçirəcək.