"Futbolçulara təşəkkür etdim ki, vəziyyəti düzəldə bildilər"

"Futbolçulara təşəkkür etdim ki, vəziyyəti düzəldə bildilər"

"İkinci qolu tez vursaydıq, oyun bizim üçün daha rahat alınacaqdı. Çünki yaxşı qol epizodlarımız var idi".

"Mediasport" xəbər verir ki, bu sözləri "Turan Tovuz"un baş məşqçisi Kurban Berdiyev deyib.

Mütəxəssis Azərbaycan Premyer Liqasının 17-ci turunun "Sumqayıt"la oyunu haqda qısa danışıb:

"Futbolçulara təşəkkür etdim ki, vəziyyəti düzəldə bildilər. Qış fasiləsində yaxşı məşq etdik, şərait də yaxşı idi".

Xatırladaq ki, tovuzlular Sumqayıt təmsilçisini 2:1 hesabı ilə məğlub ediblər.