Azərbaycanı Avropa çempionatında 9 cüdoçu ilə təmsil olunacaq
Moldovanın paytaxtı Kişinyovda keçiriləcək U-23 Avropa çempionatında iştirak edəcək Azərbaycan cüdoçuları açıqlanıb.
"Mediasport" xəbər verir ki, qitə birinciliyi 31 oktyabr - 1 noyabr aralığında təşkil olunacaq.
Ölkəmizi yarışda millinin böyük məşqçiləri Elxan Məmmədov və Slavko Tekiçin başçılığı altında 6 çəki dərəcəsində 9 cüdoçu ilə təmsil edəcək.
Murad Muradlı, Hüseyn Allahyarov (hər ikisi 60 kq), İslam Rəhimov (66 kq), Vüsal Qələndərzadə, Ömər Rəcəbli (hər ikisi 81 kq), Vüqar Talıbov, Aslan Kotsoyev (hər ikisi 90 kq), Əjdər Bağırov (100 kq), Kənan Nəsibov (+100 kq) tatamiyə çıxacaqlar.
AÇ-də 38 ölkədən 314 idmançı yarışacaq.
