Turan Bayramov "Böyük Dəbilqə" yarışında gümüş medal qazandı
Gürcüstanın paytaxtı Tbilisidə cüdo üzrə "Böyük Dəbilqə" turniri start götürüb.
"Mediasport" xəbər verir ki, ilk gündə Azərbaycanın 4 idmnaçısı mübarizə aparıb.
Onlardan yalnız Turna Bayramov ümidləri doğruldub.
66 kq çəki dərəcəsində yarışan təmsilçimiz yalnız finalda uduzaraq gümüş medal əldə edib.
Rəşad Yelkiyev (66 kq), Könül Əliyeva (48 kq) və Leyla Əliyeva (52 kq) yarışı mükafatsız başa vurublar.
Xatırladaq ki, ölkəmiz turnirdə 7 çəki dərəcəsində 6 kişi, 5 qadın cüdoçu ilə təmsil olunacaq.
