"Sabah meydanın hər qarışı uğrunda mübarizə aparacağıq"

“Rəqib haqqında geniş danışmağa ehtiyac yoxdur. Önəmli olan bizim Fransa yığmasına qarşı necə reaksiya verməyimizdir".
"Mediasport" xəbər verir ki, bu sözləri Azərbaycan milli komandasının futbolçusu Bəhlul Mustafazadə deyib.
Müdafiəçi sabah DÇ-2026-nın seçmə qrup mərhələsi çərçivəsində qarşılaşacaqları Fransa yığması ilə oyundan əvvəl keçirilən mətbuat konfransında fikirlərini bölüşüb:
"Bu gün son məşqimizi keçəcəyik və sabah meydanın hər qarışı uğrunda mübarizə aparacağıq. Komanda yoldaşlarımızla oyun barədə söhbətlərimiz olur, kollektiv şəkildə matça hazırlaşırıq. Sabah yaxşı mübarizə aparmağa çalışacağıq”.
Xatırladaq ki, "Park de Prens"də keçiriləcək matç Bakı vaxtilə saat 22:45-də başlanacaq.