"Qarabağ"ın Avstriya toplanışı necə start götürdü? - VİDEO
UEFA Avropa Liqasına hazırlaşan "Qarabağ" Avstriya toplanışı start götürüb.
"Mediasport" xəbər verir ki, Ağdam təmsilçisinin hazırlığı bərpa və adaptasiya çalışmaları ilə başlayıb.
"Atlılar" toplantı çərçivəsində 3 yoxlama matçı keçirəcəklər.
Komanda iyunun 27-də Avstriyanın "Tirol", iyulun 1-də Ukraynanın "Xarkov" və Macarıstanın "Ferensvaroş" klubu ilə üz-üzə gələcək.


