"Mançester Siti"də oynamış məşhur futbolçu Baklıya gələcək

"Araz-Naxçıvan"ın UEFA Avropa Konfrans Liqasının III təsnifat mərhələsindəki rəqibi "Omoniya" təmsilçimizlə oyunlar üçün sifariş ərizəsini açıqlayıb.
"Mediasport" xəbər verir ki, Kipr təmsilçisinin baş məşqçisi Henninq Berq heyətə 29 futbolçu daxil edib.
Hazırda "Omoniya"nın formasını geyinən, vaxtilə "Mançester Siti", "İnter", "Monako" kimi klublarda da çıxış edən Stevan Yovetiçin də adı siyahıda yer alıb.
Qapıçılar: Françis Uzoho, Fabiano, Xaralambos Kiriakidis;
Müdafiəçilər: Alfa Dionkou, Fotis Kitsos, Senu Kulibali, Yannis Masuras, Amin Hammas, Stefan Simiç, Nikolaos Panayotu, Andreas Hacıevanqulu, Xristos Konstantinidis;
Yarımmüdafiəçilər: Evandro, Mateo Mariç, Yannis Kusulos, Novitsa Erakovic, Panayotis Andreu, Gavriil Psilogenis, Xrisis Evangelu;
Hücumçular: Villi Semedo, Stevan Yovetiç, Mariuş Stepinski, Mikael İnqebriqtsen, Mateuş Musialovski, Loizos Loizo, Tahsin Özler, Ancelos Neofitou, Vladimiros Savva, Körtis-Junior Makosso.
Xatırladaq ki, komandalar arasında ilk oyun avqustun 7-də Bakıda, cavab görüşü isə ayın 14-də Nikosiyada olacaq.