Robert Prosineçkini yola salıb milliyə yerli məşqçi gətirdilər

Robert Prosineçkini yola salıb milliyə yerli məşqçi gətirdilər

Qırğızıstan Futbol İttifaqı milli komandanın baş məşqçisi Robert Prosineçki ilə vidalaşıb.

"Mediasport" xəbər verir ki, tərəflər arasında anlaşmaya qarşılıqlı razılıq əsasında xitam verilib.

Yığmanı yerli mütəxəssis Urmat Abdukaimov çalışdıracaq.

Xatırladaq ki, xorvatiyalı milliyə 2025-ci il dekabrın 10-da təyin edilmişdi.

O, 2014–2017-ci illərdə Azərbaycan millisinin baş məşqçisi olub.