2025-ci ilin ən yaxşı futboolçusu adına namizədlər müəyyənləşdi
2025-ci il üçün nüfuzlu "Globe Soccer Awards" mükafatını qazanmağa namizəd futbolçuların siyahısı açıqlanıb.
"Mediasport" xəbər verir ki, qalib adı uğrunda 14 iddiaçı yer alıb.
Usman Dembele, Desire Due, Əşrəf Hakimi, Xviça Kvaratsxeliya, Nunu Mendeş, Vitinya (hamısı PSJ), Erlinq Haaland (“Mançester Siti”), Məhəmməd Salah (“Liverpul”), Vinisius Junior, Kilian Mbappe (hər ikisi “Real”), Robert Levandovski, Rafinya, Lamin Yamal, Pedri (hamısı “Barselona”) və Koul Palmer (“Çelsi”) qalib olmağa namizəddir.
Qalıbin kimliyi və mükafatlandırma mərasimi dekabrın 28-də Dubayda məlum olacaq.
Xatırladaq ki, 2011-ci ildən təqdim edilən mükafatı son olaraq "Real"dan Vinisius Junior qazanıb.
