"Barselona"nın əfsanəsi olmuş məşhur hücumçu Bakıya gəldi
Dünya futbolunun daha bir məşhur siması Azərbaycana gəlib.
"Mediasport" xəbər verir ki, "Barselona"nın əfsanəsi olmuş Xristo Stoiçkov Bakıdadır.
Bolqarıstanlı veteran FİFA-nın rəsmi dəvəti ilə ilk dəfə Bakıda keçirilən U-15 Dünya Kuboku və Festivalını izləmək üçün təşrif buyurub.
FİFA-ya üzv ölkələrdən 189-nun təmsil olunduğu turnirdə sabah bağlanış mərasimi keçiriləcək.
Xatırladaq ki, dünən məşhur kamerunlu Samuel Etoo da Bakıya səfər edib.

