Bakının ev sahibliyi etdiyi DÇ-nin qalibi bu gün məlum olacaq

Bakının ev sahibliyi etdiyi DÇ-nin qalibi bu gün məlum olacaq

Tarixdə ilk dəfə təşkil olunan və Bakıda keçirilən FIFA U-15 Dünya Kuboku və Festivalının qalibi bu gün məlum olacaq.

"Mediasport" xəbər verir ki, A Divizionunda baş tutacaq həlledici dueldə İspaniya və Çexiya milliləri qarşılaşacaqlar.

Bakı Kristal Zalında baş tutacaq final görüşü saat 18:00-da start götürəcək.

Həmçinin, B, C, D, E və F Divizionlarının da ən güclüsü müəyyənləşəcək.

Final matçlarının hamısı Bakı Kristal Zalında keçiriləcək.

Çexiya - İspaniya oyunundan sonra mükafatlandırma və bağlanış mərasimi təşkil ediləcək.