"Araz-Naxçıvan" UEFA Çempionlar Liqasında darmadağın edildi
Futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsində təmsilçimiz "Araz-Naxçıvan" yer aldığı 5-ci qrupda son oyununu keçirib.
"Mediasport" xəbər verir ki, son ölkə çempionu meydan sahibi "Piast"la (Polşa) qarşılaşıb.
Qlivise şəhərindəki "Prezero Arena"da baş tutan matç rəqibin qələbəsi ilə yekunlaşıb - 0:5.
Komandamız bununla da ÇL-də mübarizəni dayandırıb.
Xatırladaq ki, Naxçıvan klubu qrupda "Uypeşt"ə (Macarıstan) qalib gəlib (5:4), "Buba Mara"ya (Bosniya və Herseqovina) uduzub (3:5).
Yalnız qrup birincisi olan kollektivlər 1/8 finalda oynamaq hüququ qazanırlar.

