UEFA-nın İntizam Komitəsi millimizin məşqçisini cəzalandırdı
UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsi Azərbaycan yığmasının məşqçisi Vüqar Mustafayevi cəzalandırıb.
"Mediasport" xəbər verir ki, buna mütəxəssisin UEFA Millətlər Liqasının oktyabrın 4-də keçirilmiş Azərbaycan - Litva matçındakı intizamsızlığı səbəb olub.
Ali futbol qurumu davranış qaydasını pozmaqla idman prinsiplərinə zidd hərəkət edən və baş hakim tərəfindən qırmızı vərəqə alan Ayxan Abbasovun köməkçisini 1 oyunluq diskvalifikasiya edib.
O, noyabrın 13-də millimizin Lixtenşeynlə səfər qarşılaşmasında texniki zonada yer almayacaq.
Qeyd edək ki, görüş futbolçularımızın qələbəsi ilə yekunlaşmışdı - 1:0.

