Bakıda U-15 dünya çempionatının rəsmi bağlanış mərasimi keçirildi
Tarixdə ilk dəfə təşkil edilən və Bakıda keçiirlən FİFA U-15 Dünya Kuboku və Festivalının rəsmi bağlanış mərasimi keçirilib.
"Mediasport" xəbər verir ki, Bakı Kristal Zalında reallaşan tədbir bədii proqramla başlayıb.
Milli geyimli rəqqaslar müxtəlif kompozisiyalarla çıxış ediblər. Həmçinin çoxsaylı ifaçıların iştirakı ilə kütləvi rəqs nömrələri və səhnə performansları nümayiş etdirilib.
Qeyd edək ki, Azərbaycan millisi yarışda 84-cü yeri tutub.
Komandamız turnirdə Timor-Lesteyə 6:0, Andorraya 1:0, İsrailə 3:1, Cəbəllütariqə 5:1 və Mozambikə 4:1 hesabları ilə qalib gəliblər, Avstraliyaya 1:3, Haitiyə 0:4, Çiliyə 1:3, Vyetnama isə 2:4 hesabları ilə uduzublar.
Əfqaınstan millisi ilə görüş 3:3 hesabı ilə yekunlaşıb, rəqib penaltilərdə dəqiq olub - 3:2.
DÇ-də dünyanın 189 ölkəsindən FIFA-ya üzv assosiasiyaları təmsil edən komandalar iştirak ediblər.

