Ronaldonun karyerasını harada davam etdirəcəyi dəqiqləşdi

Ronaldonun karyerasını harada davam etdirəcəyi dəqiqləşdi

Kristiano Ronaldonun karyerasını hansı klubda davam etdirəcəyi dəqiqləşib.

"Mediasport" xəbər verir ki, 40 yaşlı superulduz növbəti mövsümdə də "Əl Nəsr"də oynayacaq.

Portuqaliyalı forvard Səudiyyə Ərəbistanı təmsilçisi ilə 2 illik müqavilə bağlayıb.

Qeyd edək ki, Ronaldo Riyad klubunun heyətində 2023-cü ilin yayından çıxış edir.

Hücumçu "Əl Nəsr"də indiyədək 105 oyun keçirib, 93 qol və 19 məhssuldar ötürmə ilə yadda qalıb.