Slot istefaya göndərildi - RƏSMİ
İngiltərənin “Liverpul” futbol klubu baş məşqçisi Arne Slotla yollarını ayırıb.
"Mediasport" xəbər verir ki, 48 yaşlı mütəxəssislə anlaşmaya qarşılıqlı razılıq əsasında son qoyulub.
Qeyd edək ki, niderlandlı liverpullulara 2024-cü ilin yayından rəhbərlik edirdi.
Ötən mövsüm İngiltərə çempionu olan komanda başa çatan cari sezonda 60 xalla 5-ci yeri tutub.
Rəhbərlik baş məşqçi axtarışlarını sürətləndirib. Bir neçə namizədlə təmas quran "qırmızılar" danışıqları davam etdirirlər.


