Rüfət Abdullazadə Xorvatiyada növbəti qələbənin iştirakçısı oldu

Rüfət Abdullazadə Xorvatiyada növbəti qələbənin iştirakçısı oldu

Azərbaycanlı futbolçu Rüfət Abdullazadə Xorvatiya çempionatında növbəti oyununu keçirib.

"Mediasport" xəbər verir ki, vingerin formasını geyindiyi "Varajdin" 8-ci tur çərçivəsində “Vukovar 1991”lə qarşılaşıb.

Rüfətin 65 dəqiqə meydanda olduğu görüş komandasının qələbəsilə yekunlaşıb - 2:1. Hər iki qol onun oyunda olduğu müddətdə vurulub.

Qələbə sayəsində xallarının sayını 12-yə çatdıran "Varajdin" turnir cədvəlində üçüncü pilləyə yüksəlib. Lider Zaqreb “Dinamo”sunun 16 xalı var.