Dünya çempionatı: Güləşçilərimiz bürünc medal qazandılar - FOTO

Dünya çempionatı: Güləşçilərimiz bürünc medal qazandılar - FOTO

Bolqarıstanın Samokov şəhərində güləş üzrə U-20 dünya çempionatı keçirilir.

"Mediasport" xəbər verir ki, Nurlan Ağazadə (70 kq) gürcüstanlı Qoqa Otinaşviliyə 4:0 hesabıyla qalib gəlib və bürünc medala yiyələnib.

Yusif Dursunov (125 kq) fransalı Levan Laqvilavanı üstələyib (3:1) və üçüncü olub.

Bu gün dörd çəki dərəcəsi üzrə təmsilçimiz tatamiyə çıxacaq.

Təsəlliverici görüşdə Vasif Bağırov (57 kq) - E. Rivera cütünün qalibi R. Sakamoto ilə qarşılaşacaq.

Üç idmançımız 1/8 finalda mübarizə aparacaq.

Günay Qurbanova (59 kq) - R. Bedivi cütünün güclüsü M. Prisakariyə rəqib olacaq.

Fərhad Hacıyev (61 kq) - A. Oralbek duelinin qalibi S. Qambaşidze ilə üz-üzə gələcək.

Turan Bayramov (86 kq) isə M. Dahiyə ilə münasibətlərinə aydınlıq gətirəcək.

Bürünc medal uğrunda mübarizədə Anar Cəfərlinin (86 kq) rəqibi T. Koçkiani olacaq.