"Sabah" Kazanda finala çıxdı

Rusiyanın Kazan şəhərində keçirilən "East Cup Kazan" beynəlxalq futbol turnirində qrup mərhələsi başa çatıb.
"Mediasport" xəbər verir ki, "Sabah"ın U-10 komandası qrupda Tacikistanın "Babilon" (2:1), Qırğızıstanın "Abdış-Ata" (9:1) və Qazaxıstanın "Elimay" (6:0) komandalarına qalib gəlib.
Təmsilçimiz yalnız Rusiyanın "Nefteximik" komandasına məğlub olub (1:2).
Buna baxmayaraq, qrup mərhələsini birinci sırada tamamlayan komanda turnirin həlledici oyununa vəsiqə qazanıb.
Baş məşqçi Məhərrəm Müslümzadənin rəhbərlik etdiyi kollektiv sabah finalda Rusiyanın "Rubin" komandası ilə üz-üzə gələcək.