"Şamaxı"dan ölkə çempionatlarında 56-cı böyükhesablı qələbə

 "Şamaxı"dan ölkə çempionatlarında 56-cı böyükhesablı qələbə

"Şamaxı" Azərbaycan çempionatlarının yüksək dəstəsində 56-cı böyükhesablı qələbəsini qazanıb.

"Mediasport" PFL-ə istinadən xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu komanda Misli Premyer Liqasının IV turunda “Karvan-Yevlax”a 3:0 hesabı ilə qalib gəlib.

Bu, klub tarixinə indiki ad altında Premyer Liqadakı ilk böyükhesablı qələbə kimi düşüb.

Komanda sonuncu dəfə “Keşlə” adlandığı vaxt üç və ya daha çox top fərqinə sevinib.

2022-ci il martın 12-də səfərdə “Səbail”ə 3 cavabsız qol vuran komanda, təxminən bir ay sonra Şamaxıya köçüb.

Qeyd edək ki, klub əvvəllər “Xəzər Universiteti” və “İnter” adlarını da daşıyıb.