"Qarabağ"ın "Turan Tovuz"la oyunu sentyabrın 23-nə ertələndi

"Qarabağ"ın "Turan Tovuz"la oyunu sentyabrın 23-nə ertələndi

Əvəzedicilər Liqasında 4-cü tur start götürüb.

"Mediasport" xəbər verir ki, ilk oyun gündə 2 görüş keçirilib.

“Qarabağ-2”nin UEFA Gənclər Liqasındakı oyunu ilə əlaqədar “Turan Tovuz-2” ilə matçı təxirə salınıb.

Qarşılaşma sentyabrın 23-də baş tutacaq.

Tura bu gün yekun vurulacaq.


Əvəzedicilər Liqası. 4-cü tur


“Kəpəz-2” – “Araz-Naxçıvan-2” 1:1

Qollar: Elcan Əbilov, 72 - Adıgözəl Əkbərov, 83.

“Qəbələ-2” - “Sumqayıt-2” 1:0

Qol: Əjdər Hacılı, 70-avtoqol.


15 sentyabr (bazar ertəsi)


“Zirə-2” – “Şamaxı-2”

Hakimlər: Elvin Bayramov, Kərim Zeynalov, Aydın Bəxşiyev, Şamil İmanzadə

Hakim-inspektor: Zöhrab Qədiyev

AFFA nümayəndəsi: Kifayət Mustafayeva

Binə qəsəbə stadionu, 16:00


“Neftçi-2” – “Sabah-2”

Hakimlər: Kamranbəy Rəhimov, Zakir Şükürzadə, Rəhman Aslanov, Ruslan Quliyev

Hakim-inspektor: Babək Quliyev

AFFA nümayəndəsi: Asif Əliyev

Neftçi Futbol Mərkəzi (IV meydança), 17:00