Azərbaycan millisinin sabiq baş məşqçisi "Sabah"da çalışacaq

Azərbaycan millisinin sabiq baş məşqçisi "Sabah"da çalışacaq

Tanınmış serb mütəxəssis Aleksandar Trifunoviç “Sabah” Basketbol Klubunun məşqçilər korpusunda yer alacaq.

"Mediasport" xəbər verir ki, məşqçi karyerası ərzində "Srvena Zvezda", "Jalgiris", "Ritas" kimi klublarda işləyən və 2022-ci ildə Azərbaycan milli komandasında da çalışan Aleksandar Trifunoviçlə 1 illik müqavilə imzalanıb.

Eyni zamanda, litvalı köməkçi məşqçi Mindauqas Janiska ilə də 1 illik sözləşməyə imza atılıb.