"Sabah"ın "Levski" ilə cavab oyunu üçün satılmış bilet sayı açıqlandı

UEFA Avropa Konfrans Liqasında mübarizə aparan "Sabah" avqustun 14-də Bakıda "Levski" ilə cavab matçına çıxacaq.
"Mediasport" xəbər verir ki, qarşılaşma üçün artıq 5000 bilet satılıb.
"Bank Respublika Arena" baş tutacaq görüşə biletlərin qiyməti müvafiq olaraq, 2, 4 və 5 manat təşkil edir.
Azarkeşlər biletləri "iTicket.az"ın satış məntəqələrindən, həmçinin oyun günü stadionun kassalarından əldə edə bilərlər.
Oyun saat 20:00-da start götürəcək.
Xatırladaq ki, ilk matçda "bayquşlar" minimal hesabla məğlub olub - 0:1.