Nəriman rəsmən "Ərzurumspor"da

Nəriman rəsmən "Ərzurumspor"da

Azərbaycan milli komandasının futbolçusu Nəriman Axundzadənin Türkiyənin “Ərzurumspor” klubuna keçidi rəsmiləşib.

"Mediasport" xəbər verir ki, 22 yaşlı hücumçu Superliqanın yeni iştirakçısı ilə 1 illik müqavilə bağlayıb.

Tibbi müayinədən uğurla keçən forvard Ərzurum təmsilçisinin heyətində icarə əsasında çıxış edəcək.

Qeyd edək ki, yığmamızın üzvü bu ilin fevralından ABŞ-nin MLS klubu "Kolumbus Kryu"ya məxsusdur və tərəflər arasında 3,5 illik anlaşma qüvvədədir.