VİDEO: Qurban Qurbanov transfer etməmələrinin səbəbini açıqladı

VİDEO: Qurban Qurbanov transfer etməmələrinin səbəbini açıqladı

"Çempionlar Liqasının liqa mərhələsində iştirak etmək üçün qarşımıza hədəf qoymuşduq. Şükürlər olsun ki, alındı. Öncədən bir neçə dəfə bunu bacarmaq üçün şanslarımız var idi, amma pley-off oyunlarında məğlub olurduq".

"Mediasport" xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "AzTV"yə müsahibəsində deyib.

Təcrübəli çalışdırıcı klubun transferlərindən də söz açıb:

"Heyətə yeni futbolçular cəlb etdik. Bəzi oyunçuların keçidi baş tutmadı. Bir hücumçu və bir sol vinger transfer etmək istəyirdik. Onların klubları ilə danışıqlar aparırdıq. Hər gün şərtlərini dəyişdirirdilər. Sonda çox yüksək məbləğ istədilər. Bizə qarşı qeyri-peşəkar yanaşdılar".