"Şamaxı" Qəbələdə Qətər klubu üzərində böyük hesabla qalib gəldi
"Şamaxı" yeni mövsümə hazırlıq çərçivəsində ikinci yoxalama matçını keçirib.
"Mediasport" xəbər verir ki, əyalət təmsilçisi Qəbələdə Qətərin 2-ci liqa klubu "Əl Xaritiyat"la qarşılaşıb.
Görüş Azər Bağırovun komandasının böyükhesablı qələbəsi ilə yekunlaşıb - 3:0.
Uğur Cahangirov, Edqar Adilxanov və Emin Rüstəmov fərqləniblər.
Xatırladaq ki, "şirlər" ilk yoxlama oyununda "Kəpəz"lə bərabərə (0:0) qalıblar.


