"Şamaxı"da 13-cü ayrılıq oldu
"Şamaxı" daha bir futbolçusu ilə yollarını ayırıb.
"Mediasport" xəbər verir ki, əyalət klubu Nihat Mehralıyevlə vidalaşıb.
21 yaşlı cinah futbolçusunun klubla başa çatan müqaviləsi uzadılmayıb.
Xatırladaq ki, onadək "şirlər"i Kərim Rossi, Rüfət Abbasov, Emil Süleymanov, Ramiz Muradov, Davud Mənsumov, Abdulla Rzayev, Səlim Həşimov, Rodriqo Fernandes, Andrey Tirkoveanu, Arsen Ağcabəyov, Rafael Məhərrəmli və Vladislav Veremeyev tərk edib.
Beləliklə, bölgə təmsilçisindən gedən futbolçuların sayı 13-ə çatıb.


