"Səbail" Türkiyə toplanışının sonuncu matçında qələbə qazandı

 "Səbail" Türkiyə toplanışının sonuncu matçında qələbə qazandı

1-ci Liqada yeni mövsümə hazırlaşan “Səbail” Türkiyənin Bolu bölgəsində son yoxlama oyununu keçirib.

"Mediasport" xəbər verir ki, Elnur Abdullayevin rəhbərlik etdiyi komanda Şimali Kipr Türk Respublikası təmsilçisi “Mağusa” ilə üz-üzə gəlib.

Qarşılaşma təmsilçimizin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qolları Aldo Josue Qomes Soares (Dinho) vurub.