"Sportinq" və "Portu"nun sabiq futbolçusu Azərbaycanda - RƏSMİ
"Şamaxı" heyətini yeni futbolçu ilə gücləndirib.
"Mediasport" xəbər verir ki, şirvanlılar Rodriqo Fransisko Fernandeşlə anlaşıblar.
Portuqaliyalı yarımmüdafiəçi ilə müqavilə mövsümün sonunadək nəzərdə tutulub.
Vətənində köklü "Sportinq"in yetirməsi olan 25 yaşlı futbolçu B komandasında, həmçinin "Portu"nun B komandasında forma geyinib.

