Taha Akgül Umudovla görüşdü
Bakıda səfərdə olan Türkiyə güləşinin əfsanəsi Taha Akgül Əməkdar bədən tərbiyəsi və idman xadimi Firdovsi Umudovla görüşüb.
"Mediasport" xəbər verir ki, Olimpiya, dünya və Avropa çempionu görüşlə bağlı sosial şəbəkə hesabında paylaşım edib:
“Azərbaycanın güləş millisinin uzun illər baş məşqçisi olmuş, çoxlu çempion yetişdirmiş Firdovsi Umudov bizi evində qonaq etdi və bu gözəl hədiyyəni təqdim etdi. Qonaqpərvərliyə görə ona təşəkkür edirəm”.
Qeyd edək ki, Firdovsi Umudov hazırda Azərbaycan Ağırlıqqaldırma Federasiyasının (AAF) vitse-prezidenti, “Sərhədçi” İdman Mərkəzinin idman bölməsinin rəisi, Azərbaycan Güləş Federasiyasının (AGF) Etika və İntizam komitəsinin üzvüdür.
Hazırda Bakıda güləş üzrə U-17 dünya çempionatı keçirilir.


