Turan Daşdəmirov gümüş, İsmayıl Rzayev bürünc medal qazandı

Türkiyənin Antalya şəhərində güləş üzrə gənclər (U20) arasında "Çempionlar" turniri start götürüb.
"Mediasport" xəbər verir ki, ilk yarış günündə Azərbaycanın 55, 67, 77 və 97 kq çəki dərəcələrində yer alan yunan-Roma güləşçiləri mübarizə aparıblar.
Təmsilçilərimizdən ikisi fəxri kürsüyə qalxıb. Turan Daşdəmirov (55 kq) gümüş, İsmayıl Rzayev (97 kq) isə bürünc medal qazanıb.
Xalid Ələsgərovla (55 kq) Davud Məmmədov (77 kq) beşinci yeri tutublar.
Bu gün 60, 72 və 87 kq-da yer alan güləşçilərimiz xalçaya çıxacaqlar.
Qeyd edək ki, ölkəmiz turnirə 25 idmançı ilə yollanıb: Elvin İbadov, Turan Daşdəmirov, Xalid Ələsgərov (hamısı 55 kq), Ayxan Cavadov, Vədat Qasımlı, Səid Xəlilov, Əmrah Əmrahov (hamısı 60 kq), Tural Əhmədov, Məhəmməd Qasımzadə (hər ikisi 63 kq), Roman Kərimov, Elşən İslam (hər ikisi 67 kq), Fəraim Mustafayev, Seymur Qasımov, Kamran Rəcəbli, Əli Məlikov (hamısı 72 kq), Davud Məmmədov, Cavad Məmmədov (hər ikisi 77 kq), Cavidan Nəhmətov, Elmin Əliyev, Elvin Osmanlı (hamısı 82 kq), Orxan Hacıyev, Abdullah Həsənov (hər ikisi 87 kq), İsmayıl Rzayev (97 kq), Məzaim Mərdanov və Museyi-Kazım Hüseyn (hər ikisi 130 kq).